Tanınmış Hənəfi alimlərindən olmuş Əbu CəfərTahavinin bu dəyərli kitabını szin istifadəniz üçün təqdim edirik. Kitabda Allahın adları və sifətləri, iman, axirət və sairə mühim məsələlərdən söz açılır.
Peyğəmbərimiz (sav) buyurmuşdur: "Mənim necə namaz qıldığımı gördünüzmü, o cür də namaz qılın" Bu kitabda peyğəmbərimiz (sav)-ın namazı necə qıldığı səhih hədsilərlə açıqlanmışdır.
-
Kitabçada Allahın nazil etdiyi, peyğəmbərlərin dilədiyi , həmçinin Məhəmməd peyğəmbərin etdiyi dua və zikrlər verilmişdir.
Bu kitabda İslam əxlaqı və əqidəsinin ən mühüm məsələlərindən olan insanların çoxunun əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmə haqqında geniş məlumat yer almaqdadır. Hər bir müsəlman Allah və rəsulunun haram buyurduğu əməllərdən çəkinməlidir. Bu kitabı tərcümə edərək oxucularımıza təqdim edəm Fərahim qardaşımızdan Allah razı olsun.
İmam Nəvavi adlı məşhur islam alimi müsəlmanın gündəlik həyatında əsas məsələləri əhatə edən 40 hədisi toplamışdır. Buna görə də kitab İmam Nəvavinin 40 hədis kitabı adı ilə tanınmışdır. Bu dəyərli əsəri sizin üçün təqdim edirik. Tərcümə edən Kamal Hüseyn qardaşımızdan da Allah razı olsun.